SIĞORTA

Sığorta şirkətində 42,5 %-lik artım – HESABAT
27 MAY
320

Sığorta şirkətində 42,5 %-lik artım – HESABAT

2016-05-27 10:19:00

“Qala Həyat” sığorta şirkətinin bu ilin birinci rübü üzrə fəaliyyətinin nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, ilin ilk 3 ayında sığorta yığımlarının həcmi 42,5 % artaraq 7 161 026 manat təşkil edib. Xatırladaq ki, ötən ilin eyni dövründə isə sığorta şirkəti 5 025 891 manat sığorta haqqı toplayıb. Sığorta yığımlarının 74,7%-i könüllü növlərin, 25,3%-i isə icbari sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 53,1%-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Yığımlardan əlavə ödənişlər birinci rübdə 87% artıb. Bu ilin yanvar-mart aylarında ümumi ödənişlərin həcmi 3 802 556 manat olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 2 034 156 manat olub. Ödənişlərin 3 719 318 manatı icbari sığorta ilə bağlı, 83 238 manatı isə könüllü növlər üzrə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274