İcbari Sığorta Bürosu (İSB) növbəti dəfə ödəniş həyata keçirib. İSB-dən fins.az-a veriləb məlumata görə, sığorta ödənişi yol qəzasına görə verilib. Hadisə ötən il, fevralın 21-də, saat 10:00 radələrində Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu, Göytəpə qəsəbəsi ərazisindən keçən 151-ci kilometrliyində baş verib. Qəza nəticəsində ailə üzvünün vəfət etməsi ilə əlaqədar 5 min manat kompensasiya ödənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır