SIĞORTA

Sığorta şirkətləri kapital problemi ilə üzləşib
26 MAY
475

Sığorta şirkətləri kapital problemi ilə üzləşib

2016-05-26 15:08:00

Azərbaycanın 25 sığorta şirkətindən 14-nün məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələbdən – 5 milyon manatdan azdır. Fins.az xəbər verir ki, bu barədə sığorta bazarındakı mənbə bildirib. 

“Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə sığorta şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Həmin görüşdə bazarın problemləri müzakirə olunub. Məlum olub ki, əsas problem sığortaçıların kapitalı ilə bağlıdır” – deyə mənbə qeyd edib. 

Onun sözlərinə görə, bununla əlaqədar Palata sığorta şirkətlərinin məcmu kapitalının hesablanması qaydasına müəyyən dəyişikliklər etmək niyyətindədir. Xüsusilə sığortaçıların lisenziyası geri çağırılmış banklarda yerləşdirdikləri vəsaitlər onların kapitalı kimi nəzərə alınmayacaq. Hazırda qüvvədə olan qaydalara görə isə, sığorta şirkətləri həmin vəsaitləri kapital kimi göstərmək hüququna malikdirlər. Amma palatanın qiymətləndirməsinə görə, bunlar qeyri-likvid vəsaitlərdir və kapitalda iştirak edə bilməz”. 

Mənbə onu da bildirib ki, artıq Palata həmin problemi yaşayan sığorta şirkətlərinə lazımi göstərişlərini verib.

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275