SIĞORTA

Avtomobillərin icbari sığortasında – YENİLİKLƏR VAR
25 MAY
2665

Avtomobillərin icbari sığortasında – YENİLİKLƏR VAR

2016-05-25 10:30:00

İcbari Sığorta Bürosunun (İSB) sistemində və saytında yenilik edilib. Bürodan fins.az-a verilən məlumata görə, artıq icbari sığorta sistemə qeyd edilərkən  avtomobilin növünü seçmək mümkün olmayacaq. Yəni, əvvəl avtomobilin növü olaraq minik, qoşqu və yük avtomobili olması əl ilə düzəldilirdi. 

250 manatlıq sığortanı 25 manat yazmaq olmayacaq

Bu zaman isə sığorta agentləri və ya satış nümayəndələri  avtomobilin növünü fərqli göstərməklə sığorta haqqını daha az hesablayırdılar.  Məsələn,  sürücülərdən biri müraciət edərək bildirib ki, hər il icbari sığortaya 25 manat ödəyib. İndi isə ondan bunun üçün 250 manat tələb edilir. Araşdırmadan sonra məlum olub ki,  yük maşını sistemə qoşqu olaraq qeyd edilib. Nəticədə də sığorta haqqı az hesablanıb.  Bürodan verilən məlumata görə, dəyişikliyə əsasən artıq  bu tipli endirim və sığorta dələduzluğu hallarının sayı azalacaq. İcbari sığorta ilə bağlı gözlənilməyən  halda sığorta ödənişlərindən imtina ilə rastlaşmayacaq. 

Eləcə də bax: Saxta sığorta müqavilələri satılır – CİNAYƏT İŞİ AÇILDI 

Bezdirici sığorta zənglərinə son

Daha bir dəyişiklik isə İSB-nin saytında edilib.  Belə ki, əvvəlcə sığorta şəhadətnaməsini  qeyd edərkən,  sığorta müqaviləsinin bağlanma və bitmə tarixi göstərilirdi. İndi isə sadəcə  müqavilənin qüvvədə olub olmadığı göstərilir. Bundan bir qədər əvvəl fins.az-ın araşdırmasına görə,  sırf müqavilənin tarixinin göstərilməsi  sürücülərin narahatlığına səbəb olmuşdu.

Eləcə də bax: Şəxsi məlumatları sığortaçılara kim verir? – ARAŞDIRMA

Belə ki, avtomobilin icbari sığortasının bitmə tarixini  əvvəlcədən bilən agent və satış nümayəndəsi sürücülərə tez-tez bununla bağlı zəng vururdular. Hətta bəzi hallarda bir sürücü müxtəlif agentlərdən gündə 7-8 sığorta zəngi alırdı. Artıq vəziyyət o həddə çatmışdı ki, avtomobil sahibləri  icbari sığorta müqaviləsinə əlaqə telefonlarını yazmaqdan ya imtina edirdilər, ya da başqa işlənməyən mobil nömrə əlavə edirdilər. Sığorta ekspertləri bildirirlər ki, İSB-nin saytında  edilən bu dəyişiklikdən sonra  artıq  bezdirici sığorta zəngləri olmayacaq. Çünki  Büronun saytında avtmobilin nömrəsini daxil etdikdə yalnız onun icbari qaydada sığortalı olub- olmadığı göstəriləcək.Sığorta agentləri və satış nümayəndləri artıq  digər sürücülərin icbari sığorta müqaviləsinin bitmə tarixi görə bilməyəcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272