SIĞORTA

Pulsuz sığorta məsləhəti başlayır -YENİLİK
24 MAY
536

Pulsuz sığorta məsləhəti başlayır -YENİLİK

2016-05-24 16:23:00

“Qarant Sığorta Agentliyi” yeni xidmətə başlayır. Agentliyin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, may ayının 25-dən etibarən agentlikdə pulsuz sığorta məsləhəti olacaq. Agentliyin müştərisi olub -olmamasından aslı olmayaraq bütün vətəndaşlar sığorta ilə bağlı suallarını ünvanlayıb onları maraqlandıran məsələhətləri ala bilərlər.

R.Səmədovun sözlərinə görə, əksər hallarda vətəndaşlar sığorta haqqında məlumatsız olurlar. Yeni xidmət vasitəsilə vətəndaşlar istisnasız olaraq sığorta məhsullarının qiymətindən tutmuş, qəza zamanı hansı sənədlərin toplanmasına, sığorta ödənişinin verilib verilməli olmadığına kimi bütün suallarına cavab ala bilərlər.

Əgər qəza zamanı mübahisəli vəziyyət yaranıbsa və sığorta şirkəti ödəniş etməkdən imtina edirsə, vətəndaşa qanuna uyğun olaraq vəziyyət izah edilir. Bunun üçün sualları günün istənilən vaxtı sığorta agentliyinin elektron ünvanına göndərə və ya birbaşa telefonla agentliyin rəhbərinə müraciət edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272