SIĞORTA

Sığortaçıların "qohum banklar"dakı kapitalı ilə bağlı heç bir dəyişiklik yoxdur
24 MAY
780

Sığortaçıların "qohum banklar"dakı kapitalı ilə bağlı heç bir dəyişiklik yoxdur

2016-05-24 10:59:00

Azərbaycanda sığorta şirkətlərinin əlaqəli banklarda yerləşdirdiyi depozitlərin onun kapitalı kimi hesablanmayacağı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Fins.az-ın məlumatına görə, bu sahədə heç bir dəyişiklik baş verməyib. Xatırladaq ki, bəzi mətbuat orqanlarında yayılan məlumatlara görə, bu mövzu Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinin sığorta şirkətləri ilə görüşündə müzakirə edilib. Xəbərlərdə deyilir ki, iclasda sığorta şirkətlərinin vəsaitinin təsisçi və ya əlaqəli banklara yerləşdirilən hissəsi şirkətə guya «saxta» kapital təmin etdiyinə görə, həmin vəsaitlər kapital hesab edilməyəcək. Bununla yanaşı, görüşə qatılan sığorta şirkətlərindən fins.az-a bildirilib ki, görüşdə belə bəyanat səslənməyib. Doğrudur, müzakirələr zamanı sığorta şirkətlərinin investisiyaları ilə bağlı məsələlərə toxunulub, amma bildirilib ki, bu sahədə rəqabəti artırmaq və sığorta şirkətlərinin vəsaitlərini digər banklarda da yerləşdirməsini stimulaşdırmaq üçün gələcəkdə bu məsələlərə baxıla bilər.

Qeyd edək ki, sığorta şirkətlərinin öz vəsaitlərini, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərini investisiyaya yönəldilməsi və məcmu kapitalının hesablanması qaydaları Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 №-li əmri ilə təsdiq edilmiş «Sığortaçıların investisiya əməliyyatları ilə bağlı QAYDALAR»ı (http://www.maliyye.gov.az/sites/default/files/store/7/2.3.1.6.pdf) ilə tənzimlənir.

Bu qaydalar indi də qüvvədədir. Hər halda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu qaydalara dəyişiklik edilməsi və ya hər hansı yeni qaydaların qəbul edilməsi ilə bağlı məlumat yaymayıb.

Qeyd edək ki, məsələnin sığorta bazarı üçün mühüm əhəmiyətə malik olmasına və yayılan məlumatların qeyri-dəqiqliyinə baxmayaraq MBNP görüşün qapalı keçdiyini əsas gətirərək bu mövzu ilə bağlı şərh verməyə tələsmir. Fins.az bununla bağlı Palataya sorğu ünvanlayıb və onun cavabını oxuculara təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272