SIĞORTA

“Başak İnam” “ötən günə çata bilmir”- 35% AZALMA
24 MAY
269

“Başak İnam” “ötən günə çata bilmir”- 35% AZALMA

2016-05-24 09:55:00

“Başak İnam Sığorta” şirkəti bu ilin 4 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta yığımlarının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% azalaraq 295 632 manat olub. Belə ki, 2015-ci ilin yanvar-aprel aylarında şirkətin yığımları 454 025 manat olmuşdu. Sığorta yığımları ilə yanaşı “Başak İnam”ın ödənişləri də azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlər 3,5 dəfə azalaraq 57 410 manat olub. Sığorta ödənişlərinin əsas hissəsini avtomobilin könüllü sığortası təşkil edib.

Sığorta şirkətinin apreldə ümumi yığımları 86 329 manat olub. Yığımlar əsasən əmlakın könüllü sığortası, kasko sığorta, yük sığortası və mülki məsuliyyət sığortasından formalaşıb. Ay ərzində şirkət bir ödəniş edib. Kredit sığortası üzrə müştərinin banka olan 787 manatlıq borcu şirkət tərəfindən ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272