SIĞORTA

Sığorta şirkəti böhranın təsirini hiss etdi – 28 DƏFƏ AZALMA
23 MAY
541

Sığorta şirkəti böhranın təsirini hiss etdi – 28 DƏFƏ AZALMA

2016-05-23 10:16:00

“Amrah Sığorta” şirkətinin bu ilin 1-ci rübünün yekunları üzrə fəaliyyətinin nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, 3 ay ərzində ümumi yığınlar ötən ilin eyni dövrü müqayisədə 28 dəfə azalaraq 9839 manat olub. Xatırladaq ki, 2015-ci ilin 1-ci rübündə “Amrah Sığorta” 279 836 manat sığorta haqqı toplamışdı.

Sığorta portfelinin kiçilməsi bankların istehlak, o cümlədən avtomobil kreditlərini dayandırması ilə bağlıdır. Məsələ ondadır ki, yeni avtomobillər əsasən kreditlə satılır və bu zaman avtomatik olaraq kasko sığortası edilir. Son nəticədə bankların avtomobil kreditlərini dayandırması ilə kasko sığorta alanların da sayı kəskin azalıb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri də xeyli azalıb.“Amrah Sığorta” yanvar-mart aylarında ümumi yığımlarının 82%-ni ödəniş olaraq geri qaytarıb. 3 ayda 8 077 sığorta ödənişi verilib. Halbuki ötən ilin eyni dövründə sığorta şirkəti 170 635 manat ödəniş edib. Statistikadan məlum olur ki, sığorta şirkətinin portfelinin kiçilməsi ödənişlərin də azalmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271