SIĞORTA

Yığımlarını 16% artırıb – SIĞORTA ŞİRKƏTİNDƏN HESABAT
20 MAY
419

Yığımlarını 16% artırıb – SIĞORTA ŞİRKƏTİNDƏN HESABAT

2016-05-20 10:25:00

“İpək Yolu Sığorta” şirkətinin bu ilin birinci rübü üzrə fəaliyyətinin nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, 3 ayın yekununda sığorta şirkətinin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% artaraq 8 965 616 manat olub. Xatırladaq ki, 2015-ci ilin 1-ci rübündə şirkət 7 749 690 sığorta haqqı toplayıb. Yığımların 99,6%-i könüllü sığorta növlərinin, 0,4 %-i isə icbari sığorta növlərinin payına düşüb. 3 ayda sığorta şirkətinin ödənişləri 11 499 manat olub. Ötən ilin birinci rübündə isə “İpək Yolu Sığorta” 5 897 215 sığorta ödənişi verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272