SIĞORTA

«Azsığorta»nın yığımları kəskin azaldı
19 MAY
410

«Azsığorta»nın yığımları kəskin azaldı

2016-05-19 17:06:00

“AzSığorta” şirkətinin bu ilin birinci rübü üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 37,5 % azalaraq 5 048 552 manat olub. Halbuki ötən ilin eyni dövründə sığorta şirkəti 8 077 201 manat sığorta haqqı toplayıb.Sığorta yığımlarının 74,8%-i icbari sığorta növlərinin, 23,2 %-i könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 34,4 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, 3 ayda ümumi ödənişlərin həcmi 1 737 870 manat olub.Sığorta şirkətinin yığımları ilə ödənişləri 11,5% azalıb. (2015-ci yanvar-mart ayları üzrə 1 938 263 manat ödəniş).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272