SIĞORTA

İcbari tibbi sığorta nəyi dəyişəcək? - GÖZLƏNTİLƏR
19 MAY
274

İcbari tibbi sığorta nəyi dəyişəcək? - GÖZLƏNTİLƏR

2016-05-19 16:09:00

Azərbacanda icbari tibbi sığortanın tətbiqi bir sıra problemlərin həllinə və dəyişikliklərə səbəb olacaq. Bu barədə bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyinin monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev jurnalistlər üçün keçirilən "İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması" mövzusunda təlimdə deyib.

Əhalinin müəlicə xərcləri azalacaq

İcbari tibbi sığoptanın tətbiqindən ən böyük gözlənti əhalinin öz cibindən ödədiyi müalicə xərclərinin azalması olacaq. İ.Əliyev bildirib ki, hədəf götürülüb ki, ümumi müəlicə xərcinin 15%-ni əhali özü ödəsin. Qalan vəsait isə sığortanın hesabına olacaq: «Xərici ölkələrdə də əksər hallarda belədir - müalicəyə gələnlər müalicə xərcinin 15%-ni özündən ödəyirlər. Bəzisində bundan çox və ya azdır. Hədəf olaraq buna bir neçə ildən sonra nail olunacaq».

Şöbə müdiri bildirib ki, xaricdə bu həddə nail olmaq üçün 10 illər sərf edilib, bizdə müddət bu qədər uzanmaya da bilər. Amma bu məsələ bir neçə amildən asılıdır.

Dövlətin maliyyə yükü azalacaq

Şöbə müdirinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin işə düşməsi dövlətin maliyyə yükünün azalmasına imkan verəcək. Çünki bu sahəyə əlavə maliyyə mənbələri də cəlb ediləcək. Bunlar müxtəlif sosial proqramlar, işə götürənlərin və insanların özünün ödədiyi sığorta haqları olacaq.

Tibbi xidmətlərdə qiymət fərqi azalmalıdır

İTS-nin tətbiqi nəticəsində tibbi xidmətlərin tənzimlənməsinə şərait yaranacaq – qiymət fərqləri azalacaq. Şöbə müdiri bildirib ki, təbii ki bütün klinikalarda eyni qymətlərin olması tələb edilməyəcək. Amma eyni yanaşma qiymətlərə də təsir edəcək.

Səhiyyənin keyfiyyəti artmalıdır

İTS-nin tətbiqi Azərbaycanda səhiyyədə yeni keyfiyyət standartlarının və idarəetmə metodlarının tətbiqini stimullaşdıracaq. Qeyd edək ki, hazırda Azərbaycan xəstəxanaları baş həkimlərin rəhbərliyi prinsipi ilə işləyir. Amma müasir yanaşma olaraq xəstəxanaların menecerlər - icraçı direktorlar tərəfindən idarə olunması lazımdır. Qeyd edək ki, artıq Səhiyyə Nazirliyində bu məsələ - xəstəxanaların idarə edilməsi formasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.

Əhalinin sağlamlaşdırılması

Agentlikdə bildirirlər ki, icbari tibbi sığortanın əsas vəzifələrindən biri müalicə ilə yanaşı, profilaktiki tədbirlərin artırılması olacaq. Sistem elə qurulacaq ki, əhalinin müalicəsindən çox onların xəstələnməsinin qarşısı alınsın. Eləcə də, xəstəliklərin əvvəlcədən aşkar edilməsi üçün ilkin səhiyyə sistemi təkmilləşdiriləcək, o cümlədən ailə həkimi sistemi tətğiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272