SIĞORTA

Təyyarədə həlak olanlara sığorta pulu veriləcək - AÇIQLAMA
19 MAY
460

Təyyarədə həlak olanlara sığorta pulu veriləcək - AÇIQLAMA

2016-05-19 14:43:00

Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək. Söhbət “Silk Way” şirkətindən icarəyə götürülən mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsindən gedir. Təyyarə və ekipaj üzvləri “İpək Yolu Sığorta” şirkətində sığortalanıb. Şirkətdən fins.az-a verilən məlumata görə, həm qəzaya uğrayan təyyarəyə və ekipaj üzvlərinə görə sığorta ödənişi veriləcək. Amma sığorta ödənişlərinin məbləği hələlik açıqlanmır.

Eləcə də bax: Azərbaycanın təyyarəsi qəzaya düşdü - ÖLƏNLƏR VAR - RƏSMİ

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün qəzaya uğrayan təyyarədə 7 nəfərin həlak olduğunu, texniklər Qanja Andrey və Rəmzi Əliyev sağ qaldığını açıqlayıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Eləcə də bax: Azərbaycan təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271