SIĞORTA

“Xalq Sığorta”da 12% azalma
18 MAY
439

“Xalq Sığorta”da 12% azalma

2016-05-18 17:06:00

“Xalq Sığorta” şirkətinin bu ilin birinci rübü üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin ümumi yığımlarının həcmi 3 ayda 12 % azalaraq 2 594 627 manat olub. Ötən ilin birinci rübündə bu rəqəm 2 905 016 manat olub. Sığorta haqlarının 48%-i icbari sığorta növlərinin, 52%-i isə könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 49,9%-ni ödəniş olaraq müştərilərinə qaytarıb. 3 ayda ümumi ödənişlərin həcmi 1 294 816 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə “Xalq Sığorta”nın ödənişləri 46,9 % artıb. Belə ki, 2015-ci ilin yanvar-mart aylarında ümumi ödənişlərin həcmi 881 063 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272