SIĞORTA

Yığdığının 83%-ni müştərilərinə qaytardı – SIĞORTA HESABATI
18 MAY
270

Yığdığının 83%-ni müştərilərinə qaytardı – SIĞORTA HESABATI

2016-05-18 14:49:00

“Rəvan Sığorta” aprel ayı üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi yığımların həcmi 79 003 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. (Bu rəqəm 2015-ci ilin aprel ayında154 992 manat olub).

Sığorta şirkəti aylıq yığımlarının 82,5%-ni müştərilərinə ödəniş olaraq geri qaytarıb. Ay ərzində ümumi sığorta ödənişlərinin həcmi 65192 manat olub. Mart ayı ilə müqayisədə avtomobil qəzaları ilə bağlı müraciətlərin sayı artsa da, sığorta ödənişlərinin həcmi xeyli azalıb. Belə ki, ay ərzində 61 qəza ilə bağlı 64892 manat ödəniş edilib (martda 38 hadisə üzrə 108802 manat). Statistikadan məlum olur ki, “Rəvan Sığorta”nın kiçik ödənişli qəzaları artıb. Məsələn, mart ayında bir avtomobilin orta təmir xərci 2863  manat olubsa, apreldə bu rəqəm 1063 manata kimi azalıb.

Sığorta şirkəti bundan əlavə əmlakın könüllü sığortası üzrə bir hadisə üzrə 300 manat ödəniş edib.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275