SIĞORTA

“2015-ci il asan olmadı, amma özümüzdə güc tapa bildik” - MÜSAHİBƏ
17 MAY
909

“2015-ci il asan olmadı, amma özümüzdə güc tapa bildik” - MÜSAHİBƏ

2016-05-17 14:03:00

Fins.az “Alfa Sığorta” şirkətinin Marketinq şöbəsinin rəisi Yusif Ağayevlə müsahibəni təqdim edir.

- Son vaxtlar sığorta bazarında “AlfaSığorta”ın fəallaşması hiss olunur. Bu nə ilə bağlıdır? 

 - Bəli, bu ilin əvvəlindən biz nəzərəçarpan sıçrayış etdik, bunu bizim maliyyə göstəricilərimiz də, şirkətin fəaliyyət sahəsinin genişlənməsi də, onun təşkilati strukturundakı dəyişikliklər də təsdiq edir. Heç kimə sirr deyil ki, 2015-ci il bizim üçün asan olmadı, lakin biz özümüzdə güc tapıb müvəqqəti çətinlikləri aradan qaldıra bildik. Hal-hazırda maliyyə sektorunda çox da sadə olmayan vəziyyət sığorta bazarı iştirakçılarından yeni, kreativ qərarlar qəbul etməyi, müasir tələblərə cavab verən sığorta məhsulları işləyib hazırlamağı, müştərilərə xidmətdə innovasiyalı yanaşmalar tətbiq etməyi tələb edir. Yuxarıda göstərilən amilləri nəzərə alan “Alfa Sığorta”da ciddi yenidənqurma işləri aparılıb, bir neçə yeni bölmə yaradılıb, həmçinin şirkətin regional şəbəkəsi fəal surətdə genişlənir. Son bir neçə ay ərzində bizdə regional nümayəndəliklərin və satış ofislərinin sayı xeyli artıb. Satış prosesinin optimallaşdırılması və müştərilərə xidmətin səviyyəsinin yüksəldilməsi üzrə ciddi addımlar atılır. Həyata keçirilən tədbirlər şirkətimizi birbaşa istehlakçıya yaxınlaşdırmağa, onu daha cəlbedici və müştəri-yönümlü etməyə hədəflənib. Sürətlə dəyişən müasir dünyada sığortaçılar çalışmalıdırlar ki, onlar müştərilərlə yalnız sığorta müqaviləsi bağlayan zaman asanlıqla ünsiyyətdə olmasınlar. Həm də sığorta ödənişi alınan zaman ünsiyyət  zaman son dərəcə rahat olsun . Bunlarla yanaşı, onlar maksimum dərəcədə həm müştərinin vaxtına, həm də puluna qənaət etməyi öyrənməlidirlər. 

- Mətbuatda “Alfa Sığorta”nın sığorta təlimləri keçirməsi barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, bu belədir. Bu gün əhalinin iki devalvasiya dalğası ilə üz-üzə qaldığı şəraitdə çoxları əlavə əmək haqqına ehtiyac duymağa başlayıb. Bunu nəzərə alaraq, “AlfaSığorta” pulsuz olaraq sığorta işi üzrə təlimlər təşkil etmək qərarına gəldi. Şirkətimizin bu prosesə cəlb olunan aparıcı mütəxəssisləri namizədlərə (seçilmişlər arasından) sığorta işinin əsaslarını tədris edəcək və ölkənin sığorta bazarında işin praktiki vərdişlərini öyrədəcəklər. Biz arzu edənlər üçün heç bir məhdudiyyət qoymuruq, yaşından, cinsi mənsubiyyətindən, peşə bacarıqlarından və s. asılı olmayaraq hər kəs bu təlimlərdə iştirak edə bilər. Nəticələr üzrə daha çox fərqlənənlərə sonradan işə düzəlmək imkanı veriləcək. Bu tədris tədbirləri həyata keçirməklə, biz həm sosial xarakterli, yəni əhalinin ehtiyacı olan təbəqəsinə əlavə əmək haqqı əldə etmək imkanı verilməsi, həm də maarifləndirmə məqsədləri güdürük, belə ki, ölkəmizdə sığorta savadının qənaətbəxş olmadığı heç kimə sirr deyil. Bu tədbir bizim korporativ sosial məsuliyyət proqramının həyata keçirilməsi planlarına uyğundur. 

- “Alfa Sığorta” bazara yeni sığorta məhsulları çıxarmağı planlaşdırırmı? 

- Sözsüz, bəzi məhsullarımız final mərhələsindədir və artıq yaxın vaxtlarda geniş müştəri auditoriyasına təqdim olunacaq. Qabaqcadan bütün sirləri açmaq istəmirəm, amma bir şeyi deyə bilərəm – onlar müasir gerçəkliklər nəzərə alınmaqla işlənib hazırlanıb və sığorta bazarının bugünkü tələbatlarına uyğunlaşdırılıb. “AlfaSığorta”  şirkəti həmişə zamanla ayaqlaşacaq,öz müştərilərini ən zəruri və innovasiyalı sığorta məhsulları ilə təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272