SIĞORTA

Daha bir şirkət icbari sığortaya başlamağı planlaşdırır
17 MAY
930

Daha bir şirkət icbari sığortaya başlamağı planlaşdırır

2016-05-17 11:42:00

“Günay Sığorta” şirkəti icbari sığorta satışına başlamağı planlaşdırır.Sığorta şirkəti “Buta Sığorta”nın aktiv portfeli ötürüləndən sonra qanunvericiliyə uyğun olaraq icbari sığortanın satışın həyata keçirilməsi üçün icazə ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcək.“Buta Sığorta” şirkətinin idarə heyətinin sədri Qənbər Suvanverdiyev fins.az-a bildirib ki, “Günay Sığorta” şirkəti yenidən qurulur və korporativ imic formalaşdırılır. Onun sözlərinə görə, şirkətin loqosu yeni dizaynda hazırlanır və şirkət yeni ofisə köçürüləcək. Hazırda bununla bağlı işlər görülür.

Eləcə də bax:Azərbaycanda iki sığorta şirkəti birləşir

Q.Suvanverdiyev bildirib ki,  fərdi satışların genişləndirilməsi  planlaşdırılır. Bunun üçün  avtomobil, könüllü əmlak və tibbi sığorta ilə bağlı yeni məhsullar hazırlanır. Bundan əlavə icbari sığorta satışının həyata keçirilməsi planlaşdırılır. O bildirib ki, iyunun ayının əvvəlində etibarən avtomobillərin icbari sığortasının, daşınmaz əmlakın və  daşınmaz əmlakla bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsi icazə alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ediləcək. Palata tərəfindən icazə verildikdən sonra icbari sığorta ilə bağlı müraciət ediləcək.Q.Suvanverdiyevin sözlərinə görə,  bunun üçün həm yetərli kapital, həm də personal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272