SIĞORTA

Böhran bu şirkətə təsir etmir - SIĞORTA HESABATI
17 MAY
517

Böhran bu şirkətə təsir etmir - SIĞORTA HESABATI

2016-05-17 10:14:00

“Azərsığorta” şirkəti bu ilin 4 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında sığorta yığımlarının həcmi 7,8 % artıb. Belə ki, ötən ilin 4 ayında 10 000 685 manat sığorta haqqı toplanmışdırsa, bu il üçün bu rəqəm 10 787 570 manat olub. Şirkətin ödənişləri isə əksinə 16,6 % azalaraq 3 250 945 (yanvar-aprel 2015, 3 793 390 manat ödəniş) manat olub.

“AzərSığorta” aprel ayı üzrə də nəticələrini açıqlayıb. Şirkətin bir ayda ümumi yığımlarının həcmi 961 047 manat olub.Toplanan sığorta haqlarının 55% avtomobillərin icbari sığortasının,18,9 %-i könüllü əmlak sığortasının,12%-i kasko sığorta, qalan hissəsi isə tibbi sığorta, yük, məsuliyyət, səfər və digər sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti aylıq yığımlarının 55,4 %-ni müştərilərinə ödəniş olaraq geri qaytarıb. Belə ki, aprel ayında ümumi ödəniş xərcləri 532 965 manat olub. “Azərsığorta” ödənişlərinin 73,4 %-ni qəzaya uğrayan avtomobillərin təmirinə xərcləyib. Ötən ay avtomobillərin icbari sığortası üzrə 326 709 manat, kasko sığorta üzrə 64 536 manat ödəniş edib.

Şirkətin tibbi sığorta xərcləri 13 816 manatv təşkil edib. Bundan əlavə daşınmaz əmlakın icbari sığortası üzrə 18 196, könüllü əmlakla bağlı 37 982 manat,fərdi qəza üzrə 49 868 manat, məsuliyyət sığortasına görə 20 192 manat və kənd təsərrüfatı sığortası üzrə 1 533 manat ödəniş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275