SIĞORTA

Yığımları 10 % artdı – SIĞORTA ŞİRKƏTİNDƏN HESABAT
16 MAY
495

Yığımları 10 % artdı – SIĞORTA ŞİRKƏTİNDƏN HESABAT

2016-05-16 10:59:00

«Standard Insurance» sığorta şirkəti aprel ayının nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, apreldə ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 1 815 153 manat olub.

Toplanan sığorta haqqlarının 66,3%-i avtomobillərin icbari sığortasının,16,9 %-i tibbi sığortanın, qalan hissəsi isə daşınmaz əmlakın icbari sığortasının, əmlakın könüllü sığortası, məsuliyyət,yük, səfər və digər sığorta növlərinin payına düşüb.

“Standard Insurance” aprel ayında topladığı sığorta haqqlarının 38,7 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb.Şirkətin ödəniş xərcləri 419 sığorta hadisəsi üzrə 703 203 manat təşkil edib.Yığımlarda olduğu kimi ödənişlər də avtomobil sığortası üstünlük təşkil edib. Avtomobillərin icbari sığorta üzrə təmir xərci 348 hadisə üzrə 335 883 manat, kasko sığortası üzrə 68 hadisə üzrə 124 665 manat olub. Bir avtomobilin təmiri sığorta şirkətinə 1107 manata başa gəlib.

Sığorta şirkətinin tibbi sığorta xərcləri 241080 manat təşkil edib. Aprel ayında bundan əlavə daşınmaz əmlakın könüllü sığortası üzrə 1 hadisə üzrə 713 manat, daşınmaz əmlakın icbari sığortası üzrə 675 manat, səyahət sığortası üzrə isə 185 manat ödəniş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272