SIĞORTA

Sığortanın Facebook-la satışına başlandı – İLK DƏFƏ
16 MAY
545

Sığortanın Facebook-la satışına başlandı – İLK DƏFƏ

2016-05-16 10:48:00

Azərbaycanda ilk dəfə olaraq sığortanın Facebook üzərindən onlayn satışına başlanılıb. Yeniliyi ilk dəfə “AXA MBASK” sığorta şirkəti həyata keçirib. Şirkətdən fins.az-a verilən məlumata görə, mayın 16-dan etibarən müştərilər sığorta məhsullarını şirkətin Facebook səhifəsindən əldə edə biləcəklər. Hələlik Facebook-da yalnız avtomobillərin icbari sğortası satılır. Bunun üçün müştəri əvvəlcə avtomobilin növünü və mühərrikinin həcmini qeyd edib sığorta haqqını hesablayır. Daha sonra müştərinin Bonus Malus güzəştləri çıxılaraq sığorta haqqı hesablanır.

Müştərinin seçimindən aslı olaraq sığortanı, kartla, satış ofisi və ya agent vasitəsilə əldə etmək mümkündür. Sifarişdən bir saat sonra sığorta müqaviləsi ünvana çatdırılır. Şirkətdən verilən məlumata görə, günün istənilən vaxtı ölkənin hər yerindən feysbuk vasitəsilə sığorta sifariş etmək mümkündür. “AXA MBASK”dan bildiriblər ki, bu şəkildə onlayn satış nəinki sığorta bazarında, ümumiyyətlə, Azərbaycanda ilk dəfə həyata keçirilir.

Bu üsul sığortanı operativ surətlə və sığorta agenti olmadan satılmasına imkan verir. Ən əsası, müştərilər həm də sığorta dələduzluğu hallarından sığortalanmış olurlar. Belə ki, müştəri sığorta alarkən hər bir detalı özü qeyd edir və nə qədər sığorta haqqı hesablandığını görür və daha sonra ödənişini edir. Müqavilə də dərhal sistemə qeyd edilir.

Ayın sonundan etibarən avtmobillərin icbari sığortası ilə yanaşı, “AXA MBASK”ın Facebook səhifəsindən səyahət və ipoteka kreditlərinin sığortasını da sifariş etmək mümkün olacaq. Şirkətdən bildirilib ki, gələcəkdə bütün sığorta növlərinin onlayn satışının həyata keçirilməsi planlaşdırılır. Sığortanı bu şəkildə smartfonlardan da sifariş etmək mümkündür. İlin sonuna kimi isə onlayn sığorta satışı ilə bağlı mobil aplikasiyalar istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270