SIĞORTA

Sığorta şirkətinin rəhbərinə vəzifə verildi – PREZİDENTDƏN SƏRƏNCAM
13 MAY
2430

Sığorta şirkətinin rəhbərinə vəzifə verildi – PREZİDENTDƏN SƏRƏNCAM

2016-05-13 01:11:00

Azərbaycanda sığorta şirkətinin rəhbəri dövlət vəzifəsinə təyin edilib. Fins.az-ın məlumatına görə, söhbət «Qala-Həyat» sığorta şirkətinin idarə heyətinin sədri Əsgər Ələkbərovdan gedir. Prezident İlham Əliyevin mayın 12-də imzaladığı sərəncamla Ə.Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.

«Qala-Həyat» Sığorta şirkətinin rəsmi intenet səhifəsində yerləşdirilən tərcümeyi halına görə, Ə.ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb. 1996-2002-ci illərdə “HSBC Bank Middle East” Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə “LFS Financial Systems GmbH” şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb. 2003-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə “Merkuri Konsaltinq” şirkətində müdir müavini vəzifəsində çalışıb. 2010-2012-ci illərdə “CİFAL GROUPE” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. 2012-ci ildən “Qala Həyat” SŞ ASC-nin İdarə Heyətinin sədri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272