SIĞORTA

“AXA MBASK” nəticələrini açıqladı
12 MAY
376

“AXA MBASK” nəticələrini açıqladı

2016-05-12 16:25:00

“AXA MBask” aprel ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ay ərzində ümumi sığorta yığımlarının həcmi 1 809 135 manat olub. Bu ötən ilin apreli ilə müqayisədə 15,8% artıq olsa da, isə mart ayı ilə müqayisədə 14,7 % azdır. Xatırladaq ki, mart ayında sığorta yığımları 2 075 664 manat təşkil etmişdi.

Sığorta şirkəti aprel ayında yığımlarının 42,4 %-ni ödəniş olaraq geri qaytarıb. Belə ki, aprel ayında 542 sığorta hadisəsi üzrə 768 406 manat sığorta ödənişi verilib.Ödənişlərin böyük hissəsi həmişə olduğu kimi yenə də avtomobil qəzaları ilə bağlı olub.

Şirkət ödənşlərinin 79,2 %-ni avtomobillərin təmir xərcinə ödəyib. Avtomobillərin icbari sığortası üzrə 409 hadisəyə görə 403 301 manat, kasko üzrə 125 hadisə ilə bağlı 205 619 manat, avtomobillərin mülki məsuliyyətinin könüllü sığortası üzrə 7 hadisə ilə bağlı 3970 manat sığorta ödənişi verilib. Bir avtomobilin təmiri sığorta şirkətinə orta hesabla 996 manata başa gəlib.

Sığorta şirkətinin könüllü tibbi sığorta üzrə ödənişləri 151 272 manat olub. Bundan əlavə daşınmaz əmlakın icbari sığortası üzrə 1 hadisəyə görə 3 400 manat sığorta pulu verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272