SIĞORTA

«Buta Sığorta» niyə bağlanır? - ŞİRKƏT RƏHBƏRİNDƏN AÇIQLAMA
12 MAY
1051

«Buta Sığorta» niyə bağlanır? - ŞİRKƏT RƏHBƏRİNDƏN AÇIQLAMA

2016-05-12 11:22:00

“Buta Sığorta” şirkətinin ləğv edilməsi “Günay Sığorta” ilə birləşmə ilə bağlıdı”. Bunu fins.az-a “Buta Sığorta” şirkətinin idarə heyətinin sədri Qənbər Suvanverdiyev deyib. Onun sözlərinə görə, şirkətin ləğv edilməsi barədə qərarı səhmdarlar qəbul edib. Qeyd edək ki, “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərinin birləşəcəyi barədə fins.az-a hələ aprel ayının 25-də “Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov məlumat vermişdi. İndi isə rəsmi mətbuatda iyun ayının 24-də “Buta Sığorta”nın səhmdarlarının yığıncağında şirkətin ləğv ediləcəyi açıqlanıb.

Eləcə də bax: "Buta Sığorta" rəhbərliyindən "Sənaye Sığorta"ya keçdi

Bütün portfel «Günay sığorta»ya keçəcək «Buta Sığorta» rəhbəri Qənbər Suvanverdiyev fins.az-a bildirib ki, artıq iyun ayının 1-dən etibarən şirkətlər birləşəcək. “Buta Sığorta”nın bütün portfeli “Günay Sığorta”ya ötürüləcək. İyun ayının 1-dən etibarən qüvvədə olan sığorta müqavilələri üzrə baş vermiş hadisələrə görə “Günay Sığorta” ödəniş edəcək.

«İşçilərimizin sayını deməyəcəyəm»

Q.Suvanverdiyev bildirib ki, iyunun 1-dən etibarən «Buta»nın bütün əməkdaşları da artıq “Günay Sığorta”nın işçiləri sayılacaq. Şirkət rəhbəri birləşmə nəticəsində ixtisar olmayacağını bildirib, amma hazırda şirkətdə nə qədər işçi çalışdığını açıqlamaqdan imtina edib. «Buta Sığorta»nın hazırki rəhbərliyinin taleyi və onların yeni şirkətdə hansı mövqeyi tutacaqları isə səhmdarların qərarından asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274