SIĞORTA

Sığorta şirkətindən “Bank Standard”la bağlı - AÇIQLAMA
11 MAY
646

Sığorta şirkətindən “Bank Standard”la bağlı - AÇIQLAMA

2016-05-11 17:31:00

Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli ilə bağlı “Bank Standard”da mayın 3-də müvəqqəti inzibatçı təyin edib. Bu isə hesablarının bir hissəsinin “Bank Standard”da olan “Standard İnsurance” sığorta şirkətinin işinə mənfi təsir etməyib. Bu barədə Fins.az-ın sorğusuna cavab olaraq sığorta şirkətindən bildirilib.

Eləcə də bax: "Bank Standard"la bağlı rəsmi açıqlama - TAM MƏTN

 

Şirkətdən bildirilib ki, yalnız bir gün, yəni mayın 3-də sığorta ödənişlərinin verilməsində çətinlik yaranıb. Mayın 4-də dərhal digər banklardakı hesablar və xəzinə əməliyyatları işə salınaraq, məsələlər öz həllini tapıb. Hazırda “Standard İnsurance” adi iş rejimində fəaliyyət göstərir və sığorta ödənişlərinin verilməsində heç bir problem yoxdur.

Eləcə də bax: ““Bank Standard” sağlam banka çevriləcək” – RÜFƏT ASLANLI

 

Sığorta şirkətindən o da əlavə edilib ki, “Bank Standard” və “Standard İnsurance” ayrı-ayrı müstəqil şirkətlərdir. “Bank Standard”ın dövlət tərəfindən sağlamlaşdırılması prosesini yalnız kənardan müşahidə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271