SIĞORTA

Yığdığının yarısı müştərilərinə qaytardı - Sığorta hesabatı
04 MAY
427

Yığdığının yarısı müştərilərinə qaytardı - Sığorta hesabatı

2016-05-04 17:13:00

“AtaSığorta” şirkəti aprel ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 469 443 manat olub. Bu mart ayı ilə müqayisədə 67 % azdır.(mart ayında 784 187 manat sığorta yığımı) Sığorta haqlarının 78,3 %-i avtomobillərin icbari sığortasının, 14,9 %-i əmlak sığortasının,  qalan hissəsi isə  tibbi, fərdi qəza, səyahət və danışmaz əmlakın icbari sığortasının payına düşüb.

Sığorta şirkəti yığımlarının  50 %-ni müştərilərinə geri qaytarıb. Belə ki,  ötən ay  545 sığorta hadisəsi üzrə  235 167 manat sığorta ödənişi verilib.  Ödənişlər  avtomobil və tibbi sığorta üzrə verilib.  İcbari sığorta üzrə 37 avtomobilin təmiri  sığorta şirkətinə 89 765 manata,  kasko üzrə 121 avtomobilin təmiri isə 113 765 manata başa gəlib. Aprel ayında bir avtomobilin orta təmir xərci isə 969 manat təşkil edib.

“AtaSığorta”nın digər ödəniş xərcləri könüllü tibbi sığorta ilə bağlı olub. Tibbi müraciətlərinin sayı 2 dəfəyə yaxın, ödənişlərin həcmi isə 30 % azalıb.Belə ki, sığorta şirkətinin tibbi xərcləri isə  387 müraciət üzrə 31 636 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275