SIĞORTA

Avtomobil sığortası ucuzlaşır – ŞİRKƏTLƏR GÜZƏŞTLƏRƏ BAŞLAYIB
04 MAY
1135

Avtomobil sığortası ucuzlaşır – ŞİRKƏTLƏR GÜZƏŞTLƏRƏ BAŞLAYIB

2016-05-04 13:11:00

Azərbaycanda sığorta şirkətləri ucuz və faizsiz kreditlə avtomobil sığortasını satışına başlayıblar. Sığorta növbəti belə bir təklif “Azərbaycan Sənayə Sığorta” şirkətindən gəlib.Şirkətdən fins.az-a verilən məlumata görə, aprel ayından etibarən kasko sığorta ucuz satılır.

300 manatlıq kasko, indi  260 manata

Belə ki, avtomobillər könüllü qaydada artıq 3% tariflə deyil,  2,6 %-lə  sığortalanır. Məsələn, bazar qiyməti 40 000 manat olan 2014-cü il model 2.4 l mühərrikli “Hyundai Santa Fe” avtomobilinin kasko sığortası əvvəlki şərtlərlə 1200 manat təşkil edirdisə, hazırda avtomobil sahibi 1040 manata əldə edə bilər. Və yaxud 10 min manatlıq avtomobil üçün kasko sığorta 300 manata başa gəlirsə, indi bu avtomobili 260 manata sığortalamaq olar.Sığorta şirkətindən bildirilib ki, avtomobillərin ehtiyat hissələrinin bahalaşdığı dövrdə  böyük zərərlərdən qurtulmağın ən yaxşı yolu kasko sığorta almaqdır.

Azadolma məbləği 3 dəfə azaldı

Şirkətdən verilən məlumata görə, bununla yanaşı kasko sığorta şərtləri indi daha sərfəli olub. Birincisi azadolma məbləği artıq 250-300 manat deyil, yalnız 100 manat tətbiq edilir. Yəni, avtomobilə  1000 manat ziyan dəyibsə, müştəriyə  900 manat ödəniş edilir.

Təcrübəsiz sürücülərə də güzəşt olacaq

Bundan əlavə sürücülük təcrübəsi 3 ildən aşağı olan avtomobil sahiblərinə artıq 300 manat deyil, 200 manat azadolma tətbiq edilir. Yəni, əvvəl 1000 manatlıq zərərə görə, belə sürücülərə 700 manat ödəniş verilirdisə, indi həmin sürücülər 800 manat ödəniş ala biləcəklər.

Köhnə avtomobillər üçün endirim var

Sığorta şirkətindən bildirilib ki, yeni kasko sığorta təklifinin digər üstünlüyü  köhnəlmə əmsalı ilə bağlıdır. Belə ki, sığorta bazarındakı digər şirkətlər 2 ildən sonra avtomobillərə köhnəlmə əmsalı tətbiq etdikləri halda, “Azərbaycan Sənaye Sığorta”  köhnəlmə əmsalını 5 ilin avtomobillərinə tətbiq edir.  Məsələn, qəza zamanı 2010-cu il model avtomobilə 1000 manat ziyan dəyibsə, 100 manat azadolma məbləği ilə yanaşı, 10 %-lik köhnəlmə əmsalı, yəni 90 manat çıxılaraq müştəriyə 810 manat ödəniş veriləcək. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275