SIĞORTA

“Alfa Sığorta” nəticələrini açıqladı – HESABAT
04 MAY
458

“Alfa Sığorta” nəticələrini açıqladı – HESABAT

2016-05-04 10:18:00

“Alfa Sığorta” şirkəti aprel ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 213 783 manat olub. Bu mart ayı ilə müqayisədə 3,5 % azdır (martda ümumi yığımlar 221 325 manat olub). Sığorta şirkətinin yanvar-aprel ayları üzrə topladığı sığorta haqlarının həcmi isə 847 561 manat olub.

Sığorta şirkəti apreldə bir aylıq yığımlarının 40 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, ötən ay 104 sığorta hadisəsi üzrə 86 808 manat ödəniş verilib.

4 aylıq göstəricilərə görə isə “Alfa Sığorta” yığımlarının 59, %-ni sığorta ödənişi olaraq verib. Yanvar –aprel aylarında sığorta şirkəti 420 hadisə üzrə ümumilikdə 503 863 manat ödəniş edib. Bu məbləğ əsasən kasko sığorta, avtmobillərin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272