SIĞORTA

Mənfi imicli sığorta şirkətləri - AÇIQLANDI
04 MAY
1063

Mənfi imicli sığorta şirkətləri - AÇIQLANDI

2016-05-04 09:31:00

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

2016-cı ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda bu sektorla əlaqəli 4101 xəbər yayımlanıb, onlardan 780 xəbərdə sığorta şirkətlərinin adı hallanıb. Bunlardan 749-u neytral, 31-i isə mənfi xəbərlərdir.

Mənfi xəbərlər arasında liderlər:

Rəvan Sığorta (7 xəbər –Qarabağ əlilinə qarşı özbaşınalıq), Dövlət Sığorta Kommersiya Şirkəti (6 xəbər –şirkətin sığorta ödənişini ödəməməsi), Atəşgah Sığorta (6 xəbər – vətəndaşın pulunu ödəməməsi)   və Azərbaycan Sənaye Sığorta (6 xəbər – şirkətdə baş verən maliyyə pozuntuları) məxsusdur. Aprel ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər olmayıb.

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi            151 xəbər
  2. Paşa Həyat Sığorta                                           148 xəbər
  3. Azərbaycan Sənaye Sığorta                               55 xəbər
  4. Bakı Sığorta                                                     38 xəbər
  5. Paşa Sığorta                                                     35 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 527xəbər dərc edilib, onlardan 47 xəbərdə sığorta şirkətlərinin adı hallanıb. Bu xəbərlərdən 1-i mənfi, 46-sı isə neytral xəbərlərdir. Mənfi xəbər Dövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər – cəbhə bölgəsində həlak olan hərbçilərin ailələrinə sığorta pulunu ödəmir) məxsusdur. Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi             15 xəbər
  2. Paşa Həyat Sığorta                                            8 xəbər
  3. ATA Sığorta                                                      4 xəbər
  4. Atəşgah Sığorta         `                                      4 xəbər
  5. Dövlət Sığorta Kommersiya Şirkəti                      4 xəbər

Aprel ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 27 xəbər göstərilib. Bunlardan 26 xəbər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, 1 xəbər isə Bakı Sığorta şirkətinə məxsusdur.

Radio kanallarında aprel ayında bu sektorla əlaqəli xəbər verilməyib.

Xatırladaq ki, Media TəqibMərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlikqəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Mənbə: a24.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272