SIĞORTA

Azərbaycandan xaricə avtomobillə gedənlər artır
02 MAY
417

Azərbaycandan xaricə avtomobillə gedənlər artır

2016-05-02 10:53:00

Azərbaycandan xarici ölkələrə şəxsi avtomobili ilə gedənlər artmaqdadır. Fins.az-ın məlumatına görə, bu, İcbari Sığorta Bürosunun açıqladığı, “Yaşıl kart” müqavilələrinin sayından hiss olunur.

Belə ki, ötən ay xaricə öz maşını ilə gedənlər 387 “Yaşıl kart” alıblar. Bu isə mart ayı ilə müqayisədə 19,4 % çoxdur. Mart ayında 324 avtomobil Yaşıl Kart üzrə sığortalanıb və bu müqavilələr üzrə 55 437 manat sığorta haqqı toplanıb.

“Yaşıl kart”ların 324-ü Türkiyə və İrana, 62-si Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 1 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtomobil sahibləri tərəfiondən alıb. Yaşıl kartla bağlı toplanan sığorta yığımlarının həcmi isə ötən ay 81 483 manat olub.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 161-i minik, 113-ü yük, 106-ı qoşqu, 4 -ü avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Ən aşağı sığorta haqqı 15 manat, ən yüksək sığorta haqqı 1200 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272