SIĞORTA

Sığorta dələduzlarının – «QARA SİYAHISI» TUTULUR
02 MAY
401

Sığorta dələduzlarının – «QARA SİYAHISI» TUTULUR

2016-05-02 10:39:00

Azərbaycanda ötən ilin sonundan etibarən  sığorta dələduzluğu halları artmağa başlayıb.Artıq bir sıra sığorta şirkətləri də bunu etiraf etməyə başlayıblar. Belə ki, sığorta şirkətləri gecikən müraciətlərin 8-10 dəfə artdığını açıqlamışdı. “AXA MBASK” sığorta şirkəti də bu ilin birinci rübündə sığorta dələduzluğu hallarının artdığını bildirib. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta dələduzluğu halları 19 %,  belə hadisələrə görə ödənişlərin məbləği isə 10 % artıb.

Eləcə də bax: «Müştərilər müraciəti qəsdən gecikdirirlər» – SIĞORTA İTTİHAMI

1. Qəza törədən sürücüləri  başqası əvəzləyir

Şirkətdən bildirilib ki, belə hallar adətən avtomobilin icbari sığortası ilə bağlı baş verir. Ən çox baş verən saxtakarlıqlar sürücülərin əvəzlənməsidir. Bu da əsasən sürücü sərxoş olduğu hallarda baş verir. Bundan əlavə bəzi qəzalarda hadisə təhrif edilir: “Ya hadisənin yeri dəyişdirilir, ya da qəza ilə bağlı yanlış ifadə verilir”.

2. Qəza baş verəndən sonra sığorta almaq istəyir

Sığortadan pul qopartmaq istəyən bəzi sürücülər isə qəza baş verdikdən sonra sığorta müqaviləsi yazdırmaq istəyirlər. Məsələn, qəza törədən sürücü avtomobilini icbari sığortalamaq üçün müraciət edir. Sığorta müqaviləsini alandan 2 gün sonra isə qəza törətdiyini deyir. Araşdırma zamanı məlum olur ki, avtomobil qəzadan sonra sığortalanıb. 

3. Servislərə pul verib ödənişin məbləğini şişirdirlər

Sığorta şirkətindən verilən məlumata görə,  bəzi hallarda avtomobilə dəyən ziyanın məbləği şişirdilir. Məsələn, avtomobilə 500 manat ziyan dəydiyi halda,  1-2 min manat ödəniş tələb edir. Bunun üçün bir neçə servisə əlavə pul ödəyərək eyni məbləğdə zərər göstərməsini istəyir. Avtomobilə dəyən ziyan araşdırılanda isə məlum olur ki, ziyan təlb edilən məbləğlə müqayisədə bir neçə dəfə azdır.   

4. Qəzadan sonra etibarnamə alırlar

 Daha çox rast gəlinən sığorta dələduzluğu hallarından biri  qəza törədəndən sonra etibarnamə alınmasıdır. Yəni,  etibarnamə olmadan avtomobili idarə edən sürücü qəza törədir. Avtomobilin sahibinə müraciət edərək, ona etibarnamə verməsini istəyir. Bundan sonra sığorta şirkətinə müraciət edərək qəza törətdiyini deyir. 

Sığorta dələduzlarını “Qara Siyahı”ya salınır

“AXA MBASK”dan verilən məlumata görə, əksər hallarda qəza ekspertləri tərəfindən belə sığorta dələduzluğu halları aşkar edilir və sığorta ödənişinin verilməsindən imtina edilir. Sığorta şirkətini aldatmağa çalışaraq pul qoparmaq istəyən sürücülər isə “Qara Siyahı”ya salınır. “Qara Siyahı”ya salınan avtomobillərin sığortalanmasından bütün şirkətlər imtina edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271