SIĞORTA

İcbari tibbi sığorta üçün – TƏKLİF OLUNAN MODELLƏR
30 APREL
623

İcbari tibbi sığorta üçün – TƏKLİF OLUNAN MODELLƏR

2016-04-30 13:29:00

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün təklif olunan modellər məlum olub. Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi quran hər bir ölkəuniversal təminata nail olmaq istəyir. Bunun üçün müxtəlif yollardan istifadə edilir: “Həll yollarının müxtəlifliyi maliyyə vəsaitinin məbləği ilə bağlı olur. Əgər ölkənin maliyyə vəsaiti çoxdursa, "milli səhiyyə sistemi" qurmaq olar. "Milli səhiyyə sistemi"ndə vətəndaşların əməkhaqlarından toplanan vergi (sosial ayırmalar yox) əsasında dövlət büdcəsi formalaşır. Dövlət büdcəsindən həmin vəsait səhiyyə xidmətinə ayrılır və beləliklə, bütün vətəndaşların bu xidmətdən yararlanmasına təminat verilir”.

Digər model isə “Sosial sığorta sistemi”dir. “Bu sistemin fondu dövlət büdcəsindən və vətəndaşın əməkhaqqından maliyyələşir, yəni Dövlət Sosial Müdafiə Fonduna necə vəsait ayrılırsa, burada da elə ayrılır. Əgər vətəndaşlar əməkhaqlarından icbari tibbi sığorta haqqının tutulmasına hazır olsalar, onda sosial sığorta modelini tətbiq edəcəyik” – deyə Zaur Əliyev qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru ilə müsahibəni buradan oxuya bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275