SIĞORTA

İcbari tibbi sığortaya dövlət xəstəxanalarından başlanacaq - ZAUR ƏLİYEV
30 APREL
887

İcbari tibbi sığortaya dövlət xəstəxanalarından başlanacaq - ZAUR ƏLİYEV

2016-04-30 13:08:00

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihəyə dövlət xəstəxanalarından başlanacaq. Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevi bildirib.

Onun sözlərinə görə, pilot layihənin rayonlardan birində reallaşdırılması nəzərdə tutulub. Paytaxtdan kənarda isə özəl xəstəxanaların sayı çox azdır: “Əgər biz rayon üzrə pilot layihəyə başlasaq, böyük ehtimalla dövlət xəstəxanalarından başlayacağıq. Lakin bu o demək deyil ki, özəl tibb müəssisələrini prosesdən kənarda saxlamaq istəyirik. Sadəcə, layihəyə rayondan başlasaq, sistemin tətbiqinə dövlət müəssisəsindən başlanacaq. Amma növbəti mərhələlərdə özəl tibb müəssisələri də prosesə cəlb oluna bilər. Düşünürəm ki, bu sistemin daha dayanıqlı və rəqabətli olması üçün həm özəl, həm də dövlət tibb müəssisələri bizim şəbəkədə olmalıdırlar. Gələcəkdə dövlət də özəl sahə ilə rəqabət aparmağa qadir olmalıdır”.

Zaur Əliyevlə müsahibəni buradan oxuya bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272