SIĞORTA

Ölən müştərinin kreditini sığorta şirkəti ödədi
29 APREL
230

Ölən müştərinin kreditini sığorta şirkəti ödədi

2016-04-29 15:28:00

“PAŞA Həyat” sığorta şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 866 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı üzrə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272