SIĞORTA

Yığdığından 70% artıq ödəniş etdi – “A QROUP”DAN HESABAT
29 APREL
232

Yığdığından 70% artıq ödəniş etdi – “A QROUP”DAN HESABAT

2016-04-29 14:16:00

“A Qroup Sığorta” şirkəti bu ilin birinci rübü üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ilin ilk üç ayında ümumi sığorta yığımlarının həcmin 1 120 883 manat olub. Sığorta yığımlarının hamısı könüllü sığorta növləri üzrə toplanıb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta şirkətinin yığımları 41% azalıb. Belə ki, ötən ilin yanvar-mart aylarında şirkətin ümumi yığımları 1 586 298 manat olub. İlin birinci rübündə sığorta şirkətinin ödənişləri yığımlarından 1.7 dəfə çox olub.

“A Qroup Sığorta” 3 ayda 1 996 470 manat ödəniş edib. Yığımların əksinə olaraq sığorta ödənişləri isə ötən illə müqayisədə 15,2 % artıb ( 2015-ci ilin yanvar-mart aylarında 1 732 317 manat ödəniş olub).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271