SIĞORTA

Dərmanlara görə tibbi sığorta bahalaşacaq
26 APREL
443

Dərmanlara görə tibbi sığorta bahalaşacaq

2016-04-26 11:27:00

Ötən ilin sonundan etibarən  dərmanların bahalaşması tibbi sığorta ilə bağlı sığorta şirkətlərinin işini xeyli çətinləşdirib. Fins.az-ın  məlumatına görə, dərmanların qiymətlərində xeyli artım tibbi sığorta ilə bağlı zərərləri  xeyli artırıb.  Tibbi sığorta üzrə ixtisaslaşan “A Qroup Sığorta”  şirkətinin tibbi sığorta departamentinin rəhbəri Yalçın Niftiyev fins.az-a bildirib ki, ölkəyə istifadə edilən dərmanların indiyə qədər yalnız 50 %-nin qiymətləri tənzimlənib. Nəticədə bu dərmanlar 50 % bahalaşıb.

Apteklər qiymətləri 3 dəfə artırıb

Dərmanların qalan yarısı ilə bağlı isə qərar verilmədiyindən bazarda qiymətlərlə bağlı “xaos”  höküm sürür. Departament müdirinin sözlərinə görə, apteklər qiymətləri tənzimlənən dərmanlarda itirdiklərini  dərmanların qalan hissəsini xeyli bahalaşdırmaqla qazanmağa çalışırlar. Belə ki, bu dərmanlar 3 dəfə, şpirislər isə 2 dəfə bahalaşıb. 

Klinikalar sığorta şirkətlərini itirməkdən qorxur

Y.Niftiyevin sözlərinə görə, amma tibbi xidmətlərin qiymətində artım olmayıb. Belə ki, iqtidasi durğunluq nəticəsində özəl klinikalara müraciət edən xəstələrdə azalıb. Belə olan halda isə klinikalar  iri müştərilərini, yəni sığorta şirkətlərini itirmək istəmirlər  və köhnə qiymətlərlə işləməyə davam edirlər. Y.Niftiyev 3-4 klinikanın qiymətləri bahalaşdırmaq istəyidini, amma etirazdan sonra razılığa gəlindiyi deyib. 

«Dərmanlara görə 150-200 min manat artıq ödəyirik»

Amma buna baxmayaraq dərmanların qiymətlərində xeyli artım sığorta şirkətinin zərərlərini 15-20 % artırıb.  Y. Niftiyevin sözlərinə görə, adi qaydada bir ayda tibbi sığorta ilə bağlı ödənişlər 500-600 min manat təşkil edirdisə, mart ayında sığorta şirkətinin tibbi xərcləri 700 min manatdan çox olub. 

«Vəziyyətdən çıxış yolu həkimlərdir»

Departament müdiri  zərərlərin  azaldılması üçün bəzi tədbirlərin görüldüyünü deyib. Belə ki, hazırda tibbi sığorta ilə bağlı həkimlərin reseptləri analiz edilir. Məsələn, bir ay ərzində bir həkim 10 manatlıq dərman yazırsa, digərində bu məbləğ 100 manata kimi artırsa bunun səbəbi soruşulur. Əgər həkim   çox dərman yazmasının səbəblərini açıqlaya bilmirsə, onunla işləməkdən imtina edilir. Y.Niftiyev indiyə qədər 15-ə qədər həkimlə işləməkdən imtina edildiyi deyib. Bundan əlavə uyğun dərmanlar varsa,  eyni dərmanın bahalısı ilə əvəzlənməməsi məsləhət görülür. Amma təbii ki, burada müalicəyə uyğunluq nəzərə alınmalıdır. 

«Tibbi sığorta bahalaşır»

Bütün bunlara baxmayaraq  zərərlər artırsa, təbii ki, xidmət də bahalaşır. Y.Niftiyev hazırda qüvvədə olan tibbi sığorta müqavilələri üzrə qiymətlərin artırılmadığını deyib. Yəni, 99 % müqavilələr üzrə qiymətlər dəyişməyib. Amma yeni bağlanacaq müqavilələr üzrə qiymətlər isə 10 % civarında bahalaşacaq. Y.Niftiyev müştəridən aslı olaraq qiymətlərdə dəyişiklik edilməyin mümkün olduğunu da bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275