SIĞORTA

Qəzada ölən sərnişinə görə ailəsinə pul verildi
25 APREL
295

Qəzada ölən sərnişinə görə ailəsinə pul verildi

2016-04-25 17:20:00

İcbari Sığorta Bürosu(İSB) növbəti kompensasiya ödənişi həyata keçirib. Bürodan fins.az-a verilən məlumata görə, sığorta ödənişi avtomobillərin icbari sığortası üzrə  baş vermiş qəzaya görə ödənilib. Avtmobil qəzası  2014-cü il noyabr ayının 20-də Bakı-Xocahəsən yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.  Qəza zamanı avtomobildə bir nəfər sərnişin dünyasını dəyişib. Sığorta hadisəsi ilə bağlı ölən sərnişinin ailəsinə kompensasiya verilib.

5000 manatlıq sığorta ödənişi  aprelin 25-də poçt vasitəsilə  köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275