SIĞORTA

Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir? - PROBLEM VAR
25 APREL
608

Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir? - PROBLEM VAR

2016-04-25 08:13:00

Vətəndaşla sığorta şirkəti arasında yaranan mübahisələrdən biri sığorta müqaviləsinin qüvvəyə minməsinə görədir. Fins.az ANS TV-yə istinadən xəbər verir ki, bu yaxınlarda paytaxtda baş verən qəzalardan biri bu məsələnin ciddi anlaşılmazlıq yaratdığını ortaya qoyub.

Məsələ burasındadır ki, qəzaya uğrayan avtomobilin sahibi səhər saatlarında kasko sığorta müqaviləsi imzalayıb. Günorta isə hadisə baş verib. Və sonda məlum olub ki, şirkət ona sığorta haqqı verməyəcək, çünki müqavilə qüvvəyə minməyib.

Əslində isə sığorta müqaviləsi bağlandığı gün gecə saat 12:00-dan etibarən qüvvəyə minir. Lakin müqavilənin növündən və şərtlərindən asılı olaraq bu dəyişə bilər.

Sığorta sahəsi üzrə mütəxəssis Abbas Babayev bildirib ki, bəzən müqavilələrdə sığorta müqaviləsinin qüvvəyə minməsi sığorta haqqının ödənilməsinə bağlana bilər.

“Bu cür hallarda sığorta müqaviləsi sığorta haqqının tam məbləğdə və yaxud da əgər hissə-hissə ödəniləcəksə onun ilk hissəsinin ödənildiyi gün 24:00-da qüvvəyə minir. Lakin bəzi şirkətlərdə fərqli prakrtika da mövcuddur. Nə vaxt ki, sığorta şirkəti baxılan şəhadətnamədə konkret buraxılış saatını və ya dəqiqəsini göstərməklə alındığı andan qüvvəyə minməsini təmin edə bilər“,- deyə Abbas Babayev əlavə edib.

İcbari sığorta müqaviləsinin qüvvəyə minmə vaxtı və şərtləri qanunverciliklə müəyyən olduğu üçün şirkətlər burada heç bir dəyişiklik edə bilməzlər. Həmin sığorta növü birmənalı olaraq gecə saat 12:00 dan etibarən, yəni imzalandığı günün səhəri qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274