SIĞORTA

Rayona gedənlərin nəzərinə - UCUZ KASKO
22 APREL
561

Rayona gedənlərin nəzərinə - UCUZ KASKO

2016-04-22 15:19:00

Yay mövsümünün yaxınlaşması avtomobillərin sığortasını daha da aktuallaşdırır. Belə ki, Bakıda avtomobil sürərkən qəza riskləri daha aşağıdır. Yəni, işıqforların çox olması, sürət həddinin aşağı olması qəza riskini  xeyli azaldır. Avtomobil qəzası baş verəndə isə zərər kiçik olur, yəni  sürücü 100-200 manatlıq ziyanı özü də ödəyə bilir və  bəlkə də sığortaya  ehtiyat duymurlar. 

Yay mövsümü həm də sığorta vaxtıdır

Amma, yay mövsümü ilə əlaqədar şəhərdən kənara avtomobil sürənlər artıqdıqca vəziyyətdə dəyişir. Əsas yollarda sürət həddinin yüksək olması bölgələrə gedərkən qəza riskini artırmaqla yanaşı, zərərin məbləği də artır. Belə olan halda isə avtomobil sahibləri ziyanı ödəməkdə çətinlik çəkə bilərlər. Bu  halda sığorta daha faydalı ola bilər. 

 Sığorta haqqında güzəşt var

Müşahidələr göstərir ki, kasko sığorptaya marağın az olması onun qiyməti ilə bağlıdır. Ölkədə kasko sığorta haqqı 3-3,5% təşkil edir. Yəni, məsələn, 10 min manatlıq avtomobilin  kasko sığortası 300-350 manata başa gəlir. Avtomobilin qiyməti artdıqca, sığorta haqqı da yüksək olar. Sürücülərin əksəriyyəti kasko sığortasının vacibliyini qəbul etsələr də illik sığortaya 300-500 manat, bəzən isə daha yüksək məbləğ ödəməyə heç də hamının imkanı çatmır. Amma bu bir illik sığortanın qiymətidir. Bir neçə aylıq – yəni yay mövsümü dövründə avtomobili daha aşağı məbləğ ödəməklə sığortalamaq olar.  “Kasko sığorta bahadır”- deyə almaqdan imtina edənlər 300 manat deyil, 100 manat ödəməklə ən azı 3 aylıq avtomobillərini sığortalaya bilərlər. Belə ki, Azərbaycan sığorta bazarında  hətta bir neçə aylıq kasko sığorta da təklif edilir. 

Maşını 65  manata da sığortalaya bilərik

«Standard İnsurance» sığorta şirkəti  aylıq kasko təqdim etməsə də, müştərin büdcəsinə uyğun  kasko təklif edir.Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, avtomobili 65-90 manata məhdud təminatla sığortalamaq  olar. 65 manatlıq kasko sığorta bölgə vətəndaşları üçün, 90 manatlıq  kasko isə Bakı sakinları üçün nəzərdə tutulub.  65  manata 1050 manat, 90 manatlıq  ekonom kasko üçün isə 2050 manat  sığorta təminatı verilir. Amma sığorta ödənişi  o zaman verilir ki,  avtomobil hərəkətdə olarkən qəza baş versin. Məsələn, digər avtomobillə toqquşduqda, və yaxud avtomobil hansısa maneəyə çırpıldıqda  avtomobilə dəyən ziyan ödənilir. Avtomobil dayandığı halda hər hansı hadisə baş verərsə bu hala görə ödəniş verilmir. Məsələn,avtomobilin üzərinə ağac düşməsi və kənar şəxslərin avtomobili cızması  kimi halları buna aid etmək olar. Hər qəza zamanı 50 manatlıq azadolma məbləği  tətbiq edilir. 

95  manata kasko paketi 

“Amrah Sığorta” şirkəti  kasko sığorta ilə bağlı həm müxətif ekonom kasko paketləri təklif edir, həm də kasko sığortanı  bir neçə aylıq da almaq olar. Şirkətin idarə heyətinin sədr müavini Rəşid Salıfov fins.az-a bildirib ki, 3 təminatda ekonom kasko məhsulu təklif edilir. 95 manat ödəməklə 2000 manat, 135 manat üçün 3000 manat, 195 manata isə 5000 manatlıq kasko sığorta əldə etmək olar. R.Salıfov bildirib bu məhsullar məhdud təminatlı sığortadan daha üstündür. Belə ki,avtomobil  məhdud təminatla sığortalanarkən qəza zamanı sığortalanma faizi həcmində ödəniş verilir. Məsələn, avtomobilin 50 %-i sığortalanıb. Qəza zamanı avtomobilə 2 min manat ziyan dəyir. Şirkət zərərin 50 %-ni həcmində, yəni 1000 manat ödəniş edir.  Qalan 1000 manatlıq xərci isə avtomobiln sahibi özü çəkməlidir. Ekonom kaskoda isə  təminatın məbləği əvvəlcədən məlumdur. Yəni, avtomobil 2 min manatlıq sığorta edilibsə,  qəza zamanı da bu qədər ödəniş edilir. 

Yay mövsümü üçün sığorta -100 manat 

Amma müştərinin istəyindən aslı olaraq maşını bir neçə aylıq sığortalaq da mümkündür. Belə ki, adi qaydada kasko sığorta 3 % tariflə hesablanır. Məsələn, 10 min manatlıq avtomobilin kasko sığortası bir illik 300 manata başa gəlir. Amma 100 manat ödəməklə avtomobili  3 aylıq da sığortalamaq  olar. Bu vəsaiti ödəməyə sürücülərin əksəriyyətinin imkanı çatar.  Amma qeyd edək ki, yay mövsümü il ərzində qəzaların ən çox baş verdiyi, deməli ən riskli mövsüm sayılır. Ekspertlər deyir ki, yayda qəzalar qışla müqayisədə daha çox olur və zərərlər  də 20 -30 % artır. Qəza risklərinin artması da yay mövsümü üçün qiymətləri bir qədər artırır. Buna görə də, 3 aylıq sığorta haqqının üzərinə bu risklərin dəyəri də əlavə olunur. Nəticədə, illik kasko sığorta 300-350 manat olduğu halda, 3 aylıq sığorta 120-130 manata başa gəlir.

Özünə arxayın  sürücülərə 80 manatlıq kasko

“A Qroup Sığorta” şirkəti isə təcrübəsinə arxayın olan sürücülərə ucuz kasko təklif edir. Sığorta şirkətinin idarə heyətinin sədr müavini Abbas Babayev fins.az-a bildirib “Göydəndüşmə kasko”da yalnız sürücünün günahkar olmadığı hallara görə ödəniş verilir. Məsələn,  sığortalı maşını digər avtomobil vurubsa və yaxud avtomobilin üstünə ağac və ya başqa bir şey düşübsə, belə zərərləri sığorta şirkəti qarşılayır.  Amma günah sürücüdə olubsa, ona ödəniş verilmir. Rəsklər az olduğuna görə, sığopta haqqı da aşağıdır. Məsələn, adi qaydada 10 min manatlıq avtomobilin kasko sığortası 300 manata başa gəlirsə,   bu məhsulla avtomobili bir illik 80 manata sığortalamaq mümkündür.

Bir aylıq cəmi 70 manata sığortalayırıq

Avtomobili bir neçə aylıq sığortalamaq istəyən avtomobil sahibləri “Rəvan Sığorta” şirkətinə də müraciət edə bilərlər. Şirkətin satış və marketinq departamentinin müdiri Mail Nuriyev fins.az-a bildirib ki,   avtomobillərin kasko sığortası bir  və bir neçə aylıq da sığortalamaq olar. Məsələn, adi qaydada  10 min manatlıq avtomobilin kasko sığortası 350 manata başa gəlirsə,  bu maşını bir aylıq 70 manata, 3 aylıq sifariş edənlərə isə 140 manata sata bilərik. Amma müqayisədə avtomobili illik sığortalamaq daha sərfəli görünür.

Kasko sığorta alanlara yay səyahəti 

Eyni zamanda avtomobilini indi bir illik kasko sığortalayanlara  2 nəfərlik ölkə daxili səyahət bileti hədiyyə edilir. Amma bunun üçün avtomobilin bazar qiyməti 10 min və daha yüksək olmalıdır.Müştəri avtomobilini müəyyən məbləğdə sığortalamaq istəyirsə “Rəvan Sığorta”da bu da mümkündür. M.Nuriyev bildirib ki,  müştərilər 99 manat ödəməklə avtomobilini 2500 manat, 199 manat ödəməklə 3500 manat, 299 manata isə 5500 manatlıq kasko sığorta edə bilərlər. Qəza zamanı sürücü günahkar olduğu halda azadolma məbləği 100 manat tətbiq edilir.  Məsələn, müştəri avtomobilini 2500 manat məbləğində sığortalayıb.  Qəza zamanı avtomobilə 2000 manat zərər dəyir və buna sığortalı sürücü səbəb olubsa, ödəniş 1900 manat verilir.  M.Nuriyev bildirib ki, kasko sığorta alan bütün müştərilərə qəzaların sayından aslı olmayaraq pulsuz evakuator xidməti də göstərilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275