SIĞORTA

«Müştərilər müraciəti qəsdən gecikdirirlər» – SIĞORTA İTTİHAMI
22 APREL
444

«Müştərilər müraciəti qəsdən gecikdirirlər» – SIĞORTA İTTİHAMI

2016-04-22 10:13:00

Azərbaycanda ötən ilin sonundan etibarən  gecikən sığorta müraciətlərinin sayı kəskin artıb. Belə ki, avtomobil sahibləri  qəzadan bir neçə ay sonra  sığorta şirkətinə müraciət edərək ödəniş tələb edirlər. Bu  halların artması isə sığorta şirkətlərində sığorta dələduzluğu halları ilə bağlı şübhələri artırıb. 

Bir aydan artıq gecikən müraciətlər 8-10 dəfə artıb

 Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, ötən ilin sonundan etibarən avtomobil qəzaları ilə bağlı  qəzalar  haqqında müştərilər  gec məlumat verməyə başlayıblar: “Belə ki, insanlar adətən  zərər çəkən kimi dərhal onun ödənilməsində maraqlı olurlar. Və buna görə də sığorta şirkətinə dərhal müraciət edirlər. Son bir neçə ayda isə  bir neçə ay əvvəl baş vermiş sığorta hadisələri ilə bağlı müraciətlər artır. Məsələn, əvvəllər  bir ayda 1-5  avtomobil qəzası ilə bağlı  gec müraciət edilirdisə, hazırda 10 günə qədər müraciətlər 150-ə, bir ay və daha çox gecikən müraciətlərin sayı isə 30-40 –a qədər artıb”. 

Problem daha çox icbari sığorta ilə bağlıdır

Sığorta ekspertinin sözlərinə görə, problem daha  çox avtomobillərin icbari sığortası ilə bağlıdır. Belə ki,  bu sığorta növündə  vətəndaşlar 3 il müddətində sığorta hadisəsi ilə bağlı müraciət edə bilərlər. Amma məsələnin digər tərəfi onda ibarətdir ki, qəza ilə bağlı gec müraciət ediləndə sığorta şirkəti  hadisəni araşdırmaqdan məhrum olur. Qəza  komissarı  hadisə araşdırma imkanın olmadığını qeyd etdikdən sonra sığorta  şirkəti sığorta ödənişini verməyə məcbur olur. Halbuki  gecikən müraciətlərin  əksər hissəsi sığorta dələduzluğu halları var. 

Gecikən  müracitlərin hamısında 4-5 min manat ödəniş tələb edilir

 Ekspertin sözlərinə görə, müraciət edənlər sadəcə yol polisinin təqdim etdiyi şahidlərin ifadələri  və qəza sxemindən ibarət sənədi onlara təqdim edir ki, bu da yetərli olmur. Müraciət edənlərin  ifadələri isə baş verən qəzaların sığorta hadisəsi olmaması ilə bağlı şübhələri artırır. Digər tərəfdən gecikən  müraciətlərin hamısında zərərlər  maksimum, yəni  4000-5000 manat olur. 

«Qəza avtomobili əzib,  satıb, 3 ay sonra ödəniş istəyir»

 Məsələn,  müraciətlərin birində bildirilir ki, qəza  yanvar ayının 21-də baş verib. Amma qəza ilə bağlı yol polisinin yazdığını protokol mart ayının 8-də verilib. Digər tərəfdən qəza törədən icbari sığortalı  sürücü avtomobilini vurduqdan sonra satıb. Belə olan halda , əzdiyi “Nissan” avtomobilinə dəyən ziyanın ödənilməsini tələb edir. Avtomobilə dəyən ziyanın isə 7000 min manat olduğunu deyir.

«Ödəniş  xərclərimiz bir avbtomobilə görə 1700 manata yüksəlib»

Ekspertin sözlərinə görə, bəzi hallarda isə sığorta müddəti bitəndən sonra qəza törədənlər sürücü dərhal icbari sığorta alır. Avtomobili icbari sığorta etdirdikdən bir neçə gün sonra isə  qəza törətdiyini deyir. Belə hallara görə isə sığorta şirkətlərinin zərərləri artır. Məsələn, ötən ilin sonunda bir avtomobilin təmiri 1500 manata başa gəlirdisə,  hazırda bu rəqəm 1700 manata yüksəlib. 

«Sığorta dələduzları» cinayət məsuliyyətinə cəlb edilməlidir

Sığorta ekspertinin sözlərinə görə, vəziyyətdən çıxış yolu olaraq  cinayət Məcəlləsinə sığorta dələduzluğu ilə bağlı təkliflər də əlavə edilməlidir. Belə ki, sığorta dələduzluğu hallarına görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Yalnız Cinayət Məcəlləsinin 296 maddəsində  bilərəkdən yalan ifadə verməyə görə 300 manat cəriməyə nəzərdə tutulub. Təcrübədə isə hər hansı bir  sığortalı sürücünün bununla bağlı cərimələnməsi halına rast gəlinməyib. Nəticədə  sığorta şirkətlərindən ödəniş “qoparma” halları artır.  İ.İbrahimovun sözlərinə görə, məsələ ilə bağlı  Cinayət Məcəlləsinə sığorta dələduzluğu maddəsi ilə bağlı sığortaçılar tərəfindən təklif verilsə də, bu hələlik nəzərə alınmayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274