SIĞORTA

“Azərsığorta” da artıb – RÜBLÜK HESABAT
21 APREL
349

“Azərsığorta” da artıb – RÜBLÜK HESABAT

2016-04-21 09:57:00

“Azərsığorta” şirkəti bu ilin birinci rübü üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında sığorta yığımlarının həcmi 18,5% artıb. Belə ki, ötən ilin birinci rübündə 8 291 066 manat sığorta haqqı toplanmışdırsa, bu il üçün bu rəqəm 9 826 523 manat olub. Sığorta yığımlarının 8 654 762 min manatı icbari sığorta növləri üzrə, 853 900 manat isə könüllü sığorta növlərindən toplanıb.

Şirkətin yığımları ilə yanaşı birinci rübdə ödənişləri də artıb. (22,7%) Məsələn, ötən il ümumi ödənişlərin cəmi 2 717 980 manat olubsa, bu il bu rəqəm 3 336 861 manat təşkil edib. Sığorta ödənişlərinin 90,9 %-i icbari sığorta növləri üzrə, 8,1%-i isə könüllü sığorta növlərinə görə ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272