SIĞORTA

«Azərqarant Sığorta»da gözlənilməz artım
15 APREL
393

«Azərqarant Sığorta»da gözlənilməz artım

2016-04-15 16:43:00

“Azərqarant Sığorta” şirkəti ilin birinci rübü üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ilk 3 ayda ümumi yığımlarının həcmi 131 027 manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 30,5 % artıqdır. Xatırladaq ki, 2015-ci ilin ilk 3 ayında şirkətin yığımları 100 370 manat təşkil etmişdi. 

Başqa sözlə, “Azərqarant Sığorta” şirkəti 2015-ci ildəki ümumi yığımlarının 70 %-ni cəmi 3 ayda toplaya bilib. Şirkətdən fins.az-a verilən məlumata görə, yığımların xeyli artması fərdi qəza sığortası üzrə köhnə korporativ müştərilərin müqavilələrini yeniləməsi ilə bağlıdır: ”Belə ki, ilin əvvəli olduğu üçün sığorta müqavilələri adətən fevral-mart aylarında yenilənir. Bu isə yığımların həcmində özünü göstərir”.

4 hadisəyə görə 360 manat ödəyib Mart ayında sığorta yığımlarının 127 023 manatı və ya 96,9 %-i fərdi qəza sığortası üzrə yığılıb. Sığorta haqqlarının qalan hissəsi isə daşınmaz əmlakın könüllü sığortası və səyahət sığortası üzrə toplanıb. Sığorta şirkətinin aylıq ödənişlərinin 0.3 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, mart ayında cəmi 4 fərdi qəza sığortası üzrə 360 manat sığorta ödənişi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272