SIĞORTA

İcbari sığortanın ödəmə terminalı ilə satışı başlandı
15 APREL
501

İcbari sığortanın ödəmə terminalı ilə satışı başlandı

2016-04-15 15:39:00

Azərbaycanda avtomobillərin icbari sığortasının yeni qaydada satışı başlanır. “Atasığorta”dan fins.az-a verilən məlumata görə, müştərilər bu sığorta növünü «eManat» ödəmə terminalları vasitəsilə əldə edə biləcəklər. Sığorta haqqının ödənilməsi üçün müştərilər mobil telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini terminala daxil etməlidirlər. Daha sonra nəqliyyat vasitəsinin növünü seçərək ödəniş etməlidirlər. Müştəri ödəniş etdikdən sonra bu barədə sığorta şirkətinə məlumat daxil olur. Və sığorta şəhadətnaməsi ünvana çatdırılır. Şirkətdən verilən məlumata görə, Naxçıvan və işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə ərazisində avtomobil sahibləri 2000-dən çox eManat terminalı vasitəsilə bu xidmətdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274