SIĞORTA

İcbari tibbi sığorta ilə bağlı - PLAN HAZIRLANIR
15 APREL
445

İcbari tibbi sığorta ilə bağlı - PLAN HAZIRLANIR

2016-04-15 15:29:00

Avropalı ekspertlər Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müzakirələr aparıblar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTBDA) verilən məlumata görə, Avropa İttifaqanın maliyyələşdirdiyi “SOCEİUX” layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəliblər.

Ekspertlər dünyada səhiyyənin maliyyələşmə yolları ilə bağlı təqdimat ediblər. İcbari tibbi sığorta sisteminin ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub.

Bir həftə davam edən görüşlərdə Agentliyin mütəxəssisləri MDB və Avropa ölkələrinin icbari tibbi sığorta sistemləri haqqında məlumat veriblər. Azərbaycanın hansı ölkələrin təcrübəsindən yararlana biləcəyini, həmin ölkələrdə icbari tibbi sığorta sistemi qurularkən ortaya çıxan çətinlikləri və eyni problemlərlə üzləşməmək üçün önləyici tədbirlərin həyata keçirilməsi haqda fikir mübadiləsi aparıblar.

Ekspertlər “SOCEİUX” layihəsi çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülməli tədbirlər və mərhələli olaraq aparılmalı islahatlarla bağlı fəaliyyət planı hazırlayırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığortanın ayrı-ayrı komponentləri üzrə daha detallı araşdırmaların aparılması və Azərbaycana texniki dəstəyin göstərilməsini ekspertlərlə razılaşdırıb. Bugünkü görüşdə Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272