SIĞORTA

İcbari Sığorta Bürosu “Audatex Azerbaijan”dan pay alacaq
14 APREL
297

İcbari Sığorta Bürosu “Audatex Azerbaijan”dan pay alacaq

2016-04-14 15:06:00

Bu il İcbari Sığorta Bürosu “Audatex Azerbaijan”şirkətinin nizamnamə kapitalının 5%-ni əldə etməyi planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə İSB-nin yaydığı hesabatda bildirilir. Hesabata əsasən, payın alınması ilə bağlı danışıqlar 2015-ci ildən başlayıb. Bununla belə, tərəflərə razılığıa gəlmədiyi üçün danışıqlar bu il də davam etdiriləcək.

“Audatex Azerbaijan” şirkəti İSB və Fransanın “Audatex” şirkətinin maraqlarını təmsil edən “Sidexa” şirkəti arasındakı razılığa uyğun olaraq yaradılıb.

Bununla bağlı sənəd 2014-cü ilin sonunda imzalansa da, şirkət 2015-ci ilin mart ayında qeydiyyatdan keçib. “Audatex” Amerika korporasiyası olan “Solera İnc”in tərkibinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274