SIĞORTA

Bu sığorta şirkətində "ikinci həyat" başlayır - DƏYİŞİKLİKLƏR VAR
14 APREL
513

Bu sığorta şirkətində "ikinci həyat" başlayır - DƏYİŞİKLİKLƏR VAR

2016-04-14 11:09:00

“Alfa Sığorta” şirkəti yeni strukturunu təsdiqləyib. Şirkətdən fins.az-a verilən məlumata görə, aprel ayından etibarən 6 yeni şöbə yaradılıb. Bunlar icbari sığorta, regionların inkişafı, agent və filial şəbəkəsi, ümumi korporativ, fərdi satışlar, partnyorlarla iş departamentləridir. Artıq həmin departamentlərə işçilər də qəbul edilib.

Qeyd edək ki, ilin əvvəlindən etibarən “Alfa Sığorta” şirkəti avtomobillərin icbari sığortasının satışına başlayıb. Şirkət Bakı ilə yanaşı, regionlarda da icbari avtomobil sığortası satışını həyata keçirir. Mart ayının 1-dən etibarən sığorta şirkətinin direktorlar şurasının yeni sədri Kəramət Əliyev təyin edilib. Yeni departamentlərin yaradılması isə sığorta şirkətinin inkişaf istiqamətlərinin göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275