SIĞORTA

“Rəvan Sığorta” yığdığından iki dəfə artıq ödəniş edib
14 APREL
205

“Rəvan Sığorta” yığdığından iki dəfə artıq ödəniş edib

2016-04-14 09:47:00

“Rəvan Sığorta” mart ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 59 997 manat olub. Toplanan sığorta haqqlarının 93% kasko sığortanın, qalan hissəsi isə əmlak,səfər, yük, fərdi qəza və mülki məsuliyyət sığortasının payına düşüb.

“Rəvan Sığorta” ötən ay da yığdığından çox ödəyib. Belə ki, mart ayında ödənən sığorta pulları sığorta yığımlarında 1,8 dəfə artıq olub. Fevral ayı ilə müqayisədə avtomobil qəzaları ilə bağlı müraciətlərin sayı azalsa da, sığorta ödənişlərinin həcmi xeyli artıb.

Belə ki, ay ərzində 38 qəza ilə bağlı 108802 manat ödəniş edilib (fevralda 60 hadisə üzrə 64 490 manat). Statistikadan məlum olur ki, “Rəvan Sığorta”nın iri ödənişli qəzaları artıb. Məsələn, fevral ayında bir avtomobilin orta təmir xərci 1074 manat olubsa, martda bu rəqəm 2863 manata kimi yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275