SIĞORTA

Qəzaya düşənlərə 10 min manatdan çox  - KOMPENSASİYA
12 APREL
403

Qəzaya düşənlərə 10 min manatdan çox  - KOMPENSASİYA

2016-04-12 19:03:00

İcbari Sığorta Bürosu (İSB) 3 gün fasilə ilə baş verən 2 yol qəzasına görə ümumilikdə 10550 manat kompensasiya ödəyib. İSB-dən fins.az-a verilən məlumata görə, qəzalardan biri 10 oktyabr 2013-cü il tarixində, saat 09:00 radələrində, Qax-Qorağan şossesində baş verib. Hadisə nəticəsində II qrup əlilliyə səbəb olmuş ağır dərəcəli bədən xəsarətlər alan şəxsə 1300 manat sığorta ödənişi verilib.

Digər yol qəzası isə 13 oktyabr 2013-cü il tarixində, saat 23:00 radələrində, Bərdə rayonu, Ləmbəran kəndi ərazisində baş verib. Qəzada bir nəfərin vəfat etməsi ilə əlaqədar   5 min manat, üç nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə əlaqədar 4250 kompensasiya ödənilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271