SIĞORTA

“Beynəlxalq Sığorta”nın vəziyyəti məlum oldu
12 APREL
495

“Beynəlxalq Sığorta”nın vəziyyəti məlum oldu

2016-04-12 15:27:00

“Beynəlxalq Sığorta” şirkəti mart ayı üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 2 957 533 manat olub. Sığorta haqqlarının 49%-i tibbi sığortanın, 41 %-i kənd təssərrüfatı heyvanların sığortası, qalan hissəsi isə könüllü əmlak, kasko, məsuliyyət, yük, səfər və digər sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 23,3%-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, mart ayında 749 sığorta hadisəsi üzrə 691150 manat sığorta ödənişi verilib.Yığımlardan fərqli olaraq ödənişlərin böyük hissəsi avtomobil qəzaları ilə bağlı olub. Avtomobilin könüllü sığortası üzrə 70 qəza ilə bağlı təmir xərci ümumi ödənişlərin 45,5%-ni, yəni 314549 manat təşkil edib. Bir avtomobilin təmiri xərci sığorta şirkətinə orta hesabla 4 493 manata başa gəlib.

Sığorta şirkəti kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 88 557 manat ödəniş edib. “Beynəlxalq Sığorta”nın bir ayda tibbi sığorta xərcləri isə 637 müraciət üzrə 278378 manat olub. bundan əlavə fərdi qəza və xəstəlik sığortası üzrə 7508 manat və səfər sığortası üzrə 2156 manat kompensasiya verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270