SIĞORTA

Sığorta şirkəti bir ayda cəmi 170 manat ödəyib
12 APREL
313

Sığorta şirkəti bir ayda cəmi 170 manat ödəyib

2016-04-12 10:05:00

“Günay Sığorta” mart ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 3512 manat olub. Sığorta haqqlarının hamısı avtomobillərin könüllü sığorta növü üzrə toplanılıb. Şirkətin ay ərzində yığımlarının cəmi 4,8 %-ni ödəniş olaraq müştərlərinə geri qaytarıb. Belə ki, martda kasko sığortası üzrə bir avtomobil qəzası üzrə 170 manat sığorta ödənişi verilib. Avtomobil qəzası Bakıda baş verib. Sığortalı avtomobilin sahibi qəzadan yayınmaq üçün sükanı sağa çevirib. Bu zaman avtomobili yolu kənarındakı hasara sürtüb. Avtomobilin buferi əzilib. Təmir xərci şirkət tərəfindən ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275