SIĞORTA

«Ehtiyatlı» avtomobillər gəlir - SIĞORTAÇILARA 20 MİLYARD DOLLAR ZƏRƏR
12 APREL
490

«Ehtiyatlı» avtomobillər gəlir - SIĞORTAÇILARA 20 MİLYARD DOLLAR ZƏRƏR

2016-04-12 09:55:00

Avtomobillərdə yeni təhlükəsizlik sistemlərinin quraşdırılması artıq yaxın 5 ildə sığortaçıların gəlirlərini 20 milyard dollar azaldacaq. “Swiss Re” təkrarsığorta şirkətinin və “Here” kartoqrafik xidmətinin qiymətləndirməsinə görə, yaxın 5 ildə geniş yayılan avtomatlaşdırılma sistemləri sayəsində avtosığortaçıların yığımları 20 milyard dollaradək aşağı düşəcək. Bu, avtonom və yarımavtonom avtomobillərin sayının artması və müvafiq olaraq, qəzaların azalması ilə bağlıdır. 

Ekspertlərin fikrincə, bu, mütəlif avtomatlaşdırma sistemlərinin yayılması, müvafiq olaraq, yol-nəqliyyat hadisələrinin sayının azalması ilə bağlıdır. Məsələ bundadır ki, avtomobil qəzalarının əksəriyyətinin səbəbi insan faktorudur. 

“Here”dən Berndt Fastenraqın sözlərinə görə, “Qəzaların əksəriyyəti sürücünün vəziyyəti dərk etməyə macal tapmaması və ya fikrinici yola cəmləməməsinə görə baş verir. Bu sistemlər, məsələn, digər yola keçərkən baş verə biləcək qəzaların qarşısının alınmasına kömək edəcək. Doğrudur, bu vəziyyətdə sığortaçıların ödənişləri azalacaq, amma eyni zamanda sistemləri olan avtomobillər üçün sığorta haqları da aşağı düşəcək. “Swiss Re” və “Here”nin qiymətləndirilməsinə əsasən, 2020-ci ildə hər avtomobildə orta hesabla 1,7 belə sistem qurulacaq. 

Sığorta şirkətlərinin gəlirlərinə sürücüsüz avtomobillərin geniş yayılması da böyük təsir edə bilər. “Moody’s” reytinq agentliyi qeyd edir ki, “Bir neçə onillik sonra sürücüsüz avtomobillər geniş yayılacaq.  Bizim proqnozlara görə, 2045-ci ilədək avtomobillərin əksəriyyəti sürücüsüz olacaq, 2055-ci ildə isə demək olar ki, hər yerdə belə olacaq. Qəzaların sayı bir müddət sonra kəskin azalacaq, müvafiq olaraq, sığorta haqları və avtosığortaçıların gəlirləri də azalacaq”. “Ptolemus” konsaltinq şirkəti fevral ayında bəyan etmişdi ki, 2030-cu ilə qədər yollarda təqribən 380 milyon avtonom və ya yarımavtonom sistemli avtomobil olacaq. 

“Ptolemus”un qiymətləndirməsinə görə, bu, yol-nəqliyyat hadisələrinin sayını 30%dək aşağı salacaq və 2020-2030-cu illər arasında sığorta şirkətlərinin yığımlarının 40% azalmasına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274