SIĞORTA

Gənclər sığorta ilə maraqlanmağa başlayıb
08 DEKABR 2014
1573

Gənclər sığorta ilə maraqlanmağa başlayıb

2014-12-08 00:00:00

Dekabrın 5-də “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə sığorta təlimi keçilib.
Fins.az-ın  Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən məlumatına görə, tədbirdə Akademiyanın 50-dən artıq tələbəsi iştirak edib. Təlim çərçivəsində ASA sədri Orxan Bayramov layihənin məqsədi və sığortanın mahiyyəti haqda gənclərə ətraflı məlumat verib.

ASA sədri sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı tələbələrə geniş məlumat verib. O. Bayramov sığortanın əsl mahiyyəti, onun əhaliyə xeyri, sığortanın ümumi iqtisadiyyatdakı payı barədə də danışıb. Qeyd edib ki, ölkənin sığorta potensialı hədən artıq yüksəkdir və sığorta bazarının hazırki səviyyəsi həmin potensialın çox az hissəsini əhatə edir.
Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır